Yandex Ordubad Bazar
Menu
Səbət

Gülab (Gül suyu)

Gülab (Gül suyu)
Gülab (Gül suyu)

Gül suyu (gülab) da çox faydalıdır. Beyni qüvvətləndirən, eşitmə, görmə qabiliyyətini itiləşdirən gül suyu özünü yorğun hiss edənlərin də köməyinə gəlir.

Ruhi xəstəliklərin qarşısını alan möcüzəvi gül qoxusu

XX əsrin əvvəllərinə kimi bir çox xəstəliyin müalicəsində güldən istifadə edildiyini bilirdinizmi?

Qadınların gözəllik sirrlərindən biri olan gül, həm də sağlamlıq üçün faydalıdır.

Gül suyu (gülab) da çox faydalıdır. Beyni qüvvətləndirən, eşitmə, görmə qabiliyyətini itiləşdirən gül suyu özünü yorğun hiss edənlərin də köməyinə gəlir.

Yorğunluq hissini qısa zamanda aradan qaldırmaq üçün içdiyiniz çayın içərisinə 3-4 damcı gül suyu əlavə edə bilərsiniz. Gül suyu ilə alını ovmaq da eyni nəticəni verir.

Gül suyunun sərinləşdirici xüsusiyyəti onu qızdırmanı aşağı salmaq üçün ən yaxşı təbii vasitəyə çevirir.

Gül suyu dərinin sağlamlığı üçün də effektlidir. Dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir və parlaqlıq bəxş edir. Yaşlılığa qarşı da təsirlidir. Bədəndəki toksinlərin atılmasına kömək etdiyi üçün daha sağlam və uzun ömür sürməyinizə kömək edir.

Ürək döyüntülərinin nizamlanması üçün də gül suyu içmək yaxşı nəticə verir.

Gül suyu boğaz və qulaq ağrılarını, boğazda yaranan iltihabları aradan qaldırmaq üçün əsl dərman hesab edilir.

Göz xəstəliklərinin müalicəsi zamanı da gül suyundan istifadə edilir. Gül suyu gözdə yaranan qızarıqlıqları, göz ağrılarını aradan qaldırır.

Mikrob öldürücü xüsusiyyəti var. Ona görə də gözdə yaranan infeksiyalara qarşı da təsirlidir.

XV əsrdə xəstələrə şəfa vermək məqsədilə istifadə edilməyə başlanılan gül qoxusuna, indi də ruhi xəstəliklərin müalicəsi zamanı müraciət edilir. Mütəxəssislər gül qoxusunun ruhu sakitləşdirdiyini və insana müsbət enerji verdiyini bildirirlər.

Gülün suyu və qurusu ilə yanaşı, güldən alınan yağ da bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Gül yağı qəbizlik üçün ən təbii üsuldur. Göz soyuqdəyməsinə və gözdəki kapilyarların qızarmasına da yaxşı təsir edir. Ekzemadan əziyyət çəkənlər də təbii dərman kimi gül yağına müraciət edə bilərlər.

Gül yağından kosmetik vasitələr istehsal edən brendlər də çox istifadə edirlər. Siz aptekdən aldığınız təbii gül yağından da faydalana bilərsiniz. Gül yağı dəri ləkələrini aradan qaldırır, sızanaqların qarşısını alır, qırışıqlıqların yaranmasının qarşısını alır, quru dəriləri nəmləndirir.

Gül ürək bulanmasına, baş ağrısına, mədə narahatlıqlarına, şəkər xəstəliyinə, halsızlığa və qansızlığa qarşı da təsirlidir.

Tez-tez gül iyləyərək sağlamlığınızın qayğısına qala, eyni zamanda da əhval-ruhiyyənizi yüksəldə bilərsiniz.

  • Məhsul kodu: BZRO003
0.00₼

Mövcud seçimlər