Yandex Ordubad Bazar
Menu
Səbət

Tut doşabı (Bəhməz)

 Tut doşabı (Bəhməz)
Tut doşabı (Bəhməz)

Tut doşabı bəkməzlərin şahı hesab edilir.

O, ana südünün artırılmasında, böyrək və sidik yollarında yaranan həm daş, həm də iltihabi xəstəliklərin müalicəsində mühüm rol oynayır.
Bundan əlavə bəkməz əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağırsaq yaraları, eləcə də ağciyər problemləri zamanı çox faydalı təsir göstərir.
Bəkməzi su və ya süd ilə qarışdıraraq, həm də gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı içmək olar.

Bəzi xüsusiyyətlərinə görə bəkməz meyvələrdən üstündür. Misal üçün, tut cəmi 15-20 gün yeyilir, amma bu meyvənin bəkməzini bütün ilboyu istifadə etmək olar. Doşab qanazlığı, soyuqdəymə, bronxit, qaraciyər xəstəlikləri, halsızlıq, immunitet zəifliyi, sümük əyilmələri və ərimələrində də istifadə olunur. Tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün də çox faydalıdır. Bəkməz inkişafda olan uşaqlar üçün də mükəmməl qidadır, çünki onların minerallara daha çox ehtiyacı vardır. Doşab qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır. Ağız və boğaz yaralarında onu ağızda bir müddət saxlayandan sonra udurlar.

  • Məhsul kodu: BZRO004
0.00₼

Mövcud seçimlər