Ordubadın məhşur şirniyyat növlərindən - Alana
Alana əsasən Ordubad rayonunda hazırlanan çərəz növüdür.
Onu adətən şaftalının nazlı növündən, Xirnik (Xurma) və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir.
Sonra böyük ölcüdə fanaerka götürülərək günəşin daha çox düşdüyü yerə qoyulur. Dərilən meyvələr yuyularaq qabığı soyulur və fanerka üzərinə düzülərək 5-6 gün suyunun çəkilməsini gözləyirlər.
Bundan sonra həmin meyvə saplağı tərəfdən dairəvi kəsilir və içəridəki tumu çıxarılır. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanilin əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
- Məhsul kodu: BZRY001