Yandex Ordubad Bazar
Menu
Səbət

Boymadərən otu

Boymadərən otu
Boymadərən otu
Boymadərən bitkisinin faydaları

Adi boymadərən çoxillik, ot bitkisi olub hündürlüyü 20-80 (120) santimetrdir, çılpaq və bir qədər uzunsovdur. Azərbaycanda ağ (bozumtul) və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də tibbdə ağ (bozumtul) boymadərən tətbiq olunur.

Otun və çiçəklərin tərkibində 0,8% efir yağı, başlıca komponent olan millefolid, xamazulin, acı maddə olan (axillin), aşı maddələr, K vitamani və flavonoidlər vardır. Yeraltı hissələrində və çiçəklərində flavanonlar, axıllein alkaloidi, kumarinlər, akonit turşusu, acı və aşı maddələr, qatran, üzvi turşular, inulin, asparagin, askorbin, mineral turşular, filloxinon, karotin və xolin vardır. Toxumların tərkibində 21% piyli yağlar, yarpaqlarının tərkibində 0,85% efir yağı, monoterpenoidlər 8-10% sineol, kamfora, tuyol, seskiterpenoidlər - axillin, kariofillin, azulen, mürəkkəb efirlər, L-borneol, β-pinen, L-limonen, tuyol və bornilasetat maddələrindən ibarətdir. Efir yağının tərkibində salisil, qarışqa, sirkə, izovalerian turşuları və K vitamini vardır.

Faydaları

Dəri xəstəliklərində

Boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik edən mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir.

50 qram boymadərən 500 ml litr suda dəmlənir və ilıq şəkildə tənziflə bütün bədənə sürtülür. Yaxud 200 qram bitki 3 litr suda dəmlənir, hamam vannasına doldurulmuş isti suya əlavə edilir və 20 dəqiqə vanna qəbul edilir. Belə prosedur dəridə olan parazitləri məhv edir, pis qoxuları aradan qaldırır və dərini təravətləndirir. Qida borusu iltihabında, qastrit, kolit, qeyri-spesifik bağırsaq xorası kimi xəstəliklərdə boymadərən çayının qəbulu iltihab əleyhinə vasitə kimi əla nəticələr verir. Xəstələri uzun sürən hormonal müalicədən uzaq tutmaq üçün çox effektiv, həm də yan təsirləri olmayan bir vasitədir. Qeyri-spesifik bağırsaq xoralarında bir hissə boymadərən, bir hissə gülümbahar, bir hissə quşəppəyi bitkilərinin qarışığından hazırlanmış çay daha yaxşı nəticə verir. Tərkibi efirlərlə zəngin olduğundan çox təsirli yelqovucu və köp əleyhinə vasitə hesab olunur.

Qadın xəstəliklərində

Boymadərən qadınlarda aybaşı pozulmalarının qarşısını alır, pozulmuş sikli bərpa etmək üçün ən təsirli vasitə kimi istifadə olunur. Uşaqlıq yolundan iltihabi axıntıların və uşaqlıq boynu eroziyalarının müalicəsində istifadə olunur. Bu məqsədlə boymadərən dəmləməsi və ya 10%-li sulu dəmləməsi həm daxilə qəbul olunur, həm də uşaqlıq yolu şırınqa şəklində yuyulur. Menopauza dövründəki sıxıntıları aradan götürmək üçün dəmləməsi istifadə olunur. Qadın cinsiyyət sistemi ilə bağlı bütün iltihabi xəstəliklərdə dəmləməsi tətbiq edilir.

Qurd xəstəliklərində

Boymadərənin 10%-li dəmləməsi qurdqovucu kimi içilir. Bu məqsədlə bir həftə müddətində gündə üç dəfə yeməkdən əvvəl bir stəkan dəmləmə içilir.

Bronxitdə

200 qram boymadərən otu üyüdülərək toz halına salınır, üzərinə yarım kiloqram bal əlavə olunub məcun hazırlanır. Bu məcundan gündə 3 dəfə, 1 çay qaşığı yeməkdən əvvəl yeyilir. Səpgilərdə, sızanaqlarda, demodeksdə 1 xörək qaşığı boymadərən 1 stəkan suda dəmlənilir, soyudulur, səpgi yerləri gündə 4-5 dəfə dəmləmədə isladılmış pambıqla silinir. Demodeks gənələrinə öldürücü təsir göstərir. Bu nisbətdə hazırlanmış dəmləmə yaraların müalicəsində də effektlidir. Boymadərən otunun dəmləməsi böyük qan dövranı pozulmalarında da faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşüməni aradan qaldırır. Ürəkbulanma, burun qanamaları, konyuktivitdə istifadə olunur. Bütün iltihabi xəstəliklərdə sulu dəmləməsi daxilə qəbul olunur.

Bu bitki insan orqanizmini zəhərlərdən və tullantılardan təmizləyir, təzyiqi azaldır, venoz qan dövranını normallaşdırır, miokardın fəaliyyətini yaxşılaşdırır, baş ağrısını çəkib aparır və insana sakitləşdirici təsir göstərir. Adi boymadərən çayı sistit, yuxusuzluq, yanıq və sıyrıqlar zamanı da kara gəlir.

Boymadərən. bitkisi haqqında daha detallı məlumat üçün "Boymadərən bitkisinin faydaları" adlı məqaləmizə nəzər yetirərək əldə edə bilərsiniz.

  • Məhsul kodu: BZRE001
0.00₼

Mövcud seçimlər

Etiketlər: Boymadərən otu