Çaşır otu Azərbaycanda əsasən Naxçıvanda geniş yayılıb. Acı dadı olan çaşırın dadlı və iştahaçıcı turşusu olur. Naxçıvanda bu turşu çox məşhurdur. Yazda bitkinin 10-20 santimlik təzə zoğları suda pörtlədilərək duzlanıb yeyilir.
Müalicə məqsədi ilə çaşırın köklərindən istifadə olunur. Belə ki , köklərinin suda dəmləməsi yaxşı qurdqovucudur, immun sistemini gücləndirir, öskürəyin birinci dərmanıdır, tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında da istifadə oluna bilər. Faydaları saymaqla bitməyən çaşır həmçinin metobalizmanı sürətləndirir, bağırsaqları işlədir. Ən önəmlisi də bitkinin bədənin şəkər metabolizmində mühüm rol oynaması, orqanizmdəki şəkər səviyyəsinin tarazlığını qorunmasıdır.
Çaşır turşusunu Ordubad Bazardan sifariş edərək ünvana çatdırılma xidmətimiz ilə əldə edə bilərsiniz.
- Məhsul kodu: BZRO009