Alana və sucuq — Ordubadın imza şirniyyatları
Çəyirdəyi çıxarılıb içi doldurulan ərik, sapa düzülüb şirəyə batırılan qoz — iki qədim resept, iki imza dadı.
Alana — Ordubadın ən köhnə şirniyyatlarından biridir. Qurudulmuş əriyin çəyirdəyi çıxarılır, yerinə döyülmüş qoz ləpəsi, şəkər və bəzən hil doldurulur; sonra ərik yenidən bükülür. Nə şəkərbura, nə qax — arada bir dad. Ordubadda alana toy xonçasının və Novruz süfrəsinin əsas nemətidir.
Sucuq — qoz ləpəsi sapa düzülür, sonra qatılaşdırılmış üzüm və ya tut şirəsinə (doşaba) dəfələrlə batırılıb qurudulur. Hər qat bir gün çəkir; yaxşı sucuq 8–10 qat olur, kəsildikdə içində qoz görünür. Karvan yolunun yeməyi idi — aylarla xarab olmaz, bir dilimlə doyurar.
Bu ikisi Ordubad Bazarın "imza məhsulları"dır — başqa yerdə tapılmayan, yalnız bizim emalatxanada, əl ilə hazırlanan dadlar. Çillə, Mücrü və Şahnişin sandıqlarında yer alır.
Korporativ hədiyyə dəstləri