KORPORATİV · ŞİRKƏTLƏR ÜÇÜN

Korporativ hədiyyə dəstləri

Şirkət adından, irs dilində. Qoz ağacından nömrəli sandıqlar Ordubadın nemətləri ilə — qapaqda şirkətinizin loqosu, hər qutu öz alıcısının ünvanına.

ZƏNG EDİN · +994 50 800 69 69WHATSAPPTƏKLİF ALIN

Sifariş verməsəniz də zəng edin — karvanbaşı sandıq, say və büdcə seçimində kömək edəcək. Korporativ sorğuya iş saatı ərzində 2 saat içində zəng edirik.

Nə daxildir

Sandıq dizaynı şirkətinizin brend kitabına uyğun fərdi tərtib edilir.

I. NAXIŞ VƏ MÖHÜR

Qapaqda şirkət loqosu lazer həkki, brend rənglərinə uyğun lent və kart. Qapaq maketi 1 iş günündə təsdiqə göndərilir.

II. İLLİK RUZNAMƏ

Novruz, Ramazan, Qurban, dövlət bayramları və Yeni il — bir müqavilə, bütün il.

III. ÜNVANLARA PAYLAMA

Siyahını verirsiniz — hər qutu ad kartı ilə öz ünvanına çatdırılır.

IV. FƏRDİ KARVANBAŞI

Hər korporativ sifarişə — seçimdən təhvilə qədər bir əlaqə nöqtəsi.

Korporativ hədiyyə sandıqları və qiymətlər

Nübar — korporativ hədiyyə sandığıNübar400 ₼Çillə — korporativ hədiyyə sandığıÇillə600 ₼Mücrü — korporativ hədiyyə sandığıMücrü900 ₼Sərşəhər — korporativ hədiyyə sandığıSərşəhər1 400 ₼
SandıqÖlçüBölməQiymətKorporativ minimum
Nübar22×22×8 sm4 bölmə400 ₼5 ədəddən
Çillə30×22×10 sm6 bölmə600 ₼5 ədəddən
Mücrü36×28×12 sm8 bölmə900 ₼2 ədəddən
Sərşəhər40×30×12 sm12 bölmə · 10 + 2 · tək qat1 400 ₼2 ədəddən
Şahnişin46×36×12 sm15 bölmə · tək qat2 200 ₼1 ədəddən
Zərnigar · ildə 50 nüsxə52×42×16 sm12 yer · 4 mürəbbə/çay + 8Yalnız müraciətlə1 ədəddən
Xarıbülbül30×40×8 sm10 bölmə · 8 + 2700 ₼2 ədəddən
Süfrə21×21×6 · 31×31×7 sm6 · 9 bölmə90 ₼ · 190 ₼5 ədəddən

Qiymət bir sandıq üçündür. Tərkib, qapaq dizaynı və say müqavilənin Əlavə No 1-ində göstərilir.

Korporativ Yeni il hədiyyələri

Yeni il üçün korporativ sifarişlər qəbul olunur: əməkdaşlara, tərəfdaşlara və müştərilərə loqolu sandıq, hər birinə ad kartı. İstehsal müddəti sifarişin həcminə görə razılaşdırılır — tarixi əvvəlcədən planlamaq üçün indi zəng edin və ya yazın.

Bayramlar üzrə korporativ hədiyyələr

Bir müqavilə ilə bütün ilin bayramlarını əhatə etmək olar: Novruz, 8 Mart, Ramazan və Qurban bayramları, dövlət bayramları və Yeni il. Hər bayram üçün tərkib və kart ayrıca hazırlanır.

Necə sifariş olunur

  1. Zəng edin, WhatsApp-a yazın və ya aşağıdakı formanı doldurun — sandıq, say və büdcəni birlikdə seçirik.
  2. Qapaq maketi 1 iş günündə təsdiqə göndərilir.
  3. Müqavilə və onun Əlavə No 1-i imzalanır (SMS kodu, ASAN İmza və ya kağız üzərində), 50% avans ödənilir.
  4. İstehsal maketin təsdiqindən və avansın daxil olmasından sonra başlayır.
  5. Sandıqlar siyahı üzrə ünvanlara çatdırılır, təhvil-təslim aktı tərtib olunur, qalan 50% aktdan sonra ödənilir.

Onlayn sifariş də mümkündür: korporativ sifariş forması — rekvizitlər, loqo və ünvan siyahısı ilə.

Təklif alın

4 sahəni doldurun — karvanbaşı iş saatı ərzində 2 saat içində zəng edəcək.

Göndərməklə məxfilik siyasəti ilə tanış olduğunuzu təsdiqləyirsiniz.

Tez-tez verilən suallar

Ən azı neçə sandıq sifariş etmək olar?

Minimum say sandığa görədir: Nübar, Çillə və Süfrə — 5 ədəddən, Mücrü, Sərşəhər və Xarıbülbül — 2 ədəddən, Şahnişin və Zərnigar — 1 ədəddən.

Şirkətin loqosu necə tətbiq olunur?

Qapaqda şirkət loqosu lazer həkki ilə yazılır, lent və kart brend rənglərinə uyğun seçilir. Qapaq maketi 1 iş günündə təsdiqə göndərilir.

Ödəniş necə aparılır?

Korporativ sifariş müqavilə ilə rəsmiləşdirilir: 50% avans müqavilə imzalandıqdan sonra 3 bank günü ərzində, qalan 50% təhvil-təslim aktından sonra 5 bank günü ərzində ödənilir. Hesab-faktura verilir, müqavilə SMS kodu, ASAN İmza və ya kağız üzərində imzalanır.

Hədiyyələri əməkdaşların ünvanlarına çatdırırsınız?

Bəli. Siyahını verirsiniz — hər qutu ad kartı ilə öz ünvanına çatdırılır. Bakı daxilində bir ünvana çatdırılma pulsuzdur, bir neçə ünvana hər ünvan 10 ₼-dir. Korporativ sifarişdə ümumi təhvil-təslim aktı tərtib olunur.

Sifariş nə qədər vaxta hazır olur?

İstehsal və təhvil müddəti sifarişin həcminə görə razılaşdırılır və müqavilədə göstərilir. İstehsal qapaq maketinin təsdiqindən və avans daxil olduqdan sonra başlayır. Yeni il üçün tarixi əvvəlcədən planlamaq üçün bizə zəng edin.

Sifariş vermədən məsləhət almaq olar?

Bəli. Sifariş verməsəniz də +994 50 800 69 69 nömrəsinə zəng edə və ya WhatsApp-a yaza bilərsiniz — karvanbaşı sandıq, say və büdcə seçimində kömək edəcək.

Fərdi hədiyyə axtarırsınız? Bütün sandıqlar · Hekayət · Çatdırılma