Kəklikotu — dağın dərmanı, süfrənin ətri
Zəngəzur yaylaqlarından yığılan kəklikotu — çaydan mürəbbəyə, dərmandan ənənəyə.
Kəklikotu (Thymus) Ordubadın dağ yaylaqlarında, 1500–2500 metr yüksəklikdə, daşlı yamaclarda bitir. İyun–iyul aylarında, çiçək açanda yığılır — ancaq səhər şehi çəkiləndən sonra və yalnız üst hissəsi, kök qalmaqla ki, gələn il yenidən bitsin.
Xalq təbabətində kəklikotu çayı soyuqdəymə, öskürək və həzm üçün əsrlərdir istifadə olunur. Ordubadda isə ona bir də süfrə yeri verilib: kəklikotu mürəbbəsi — bal rəngində, ətirli, bir çay qaşığı bütün çayı dəyişən mürəbbə. Bu resept az sayda ailədə qalıb.
Sandıqlarımızdakı kəklikotu mürəbbəsi yaylaq kəklikotundan, kiçik partiyalarla, mis qazanda bişirilir. Dağın ətri — qutu açılan anda.
Korporativ hədiyyə dəstləri