"Ordubad Azərbaycanın incisidir"
Ümummilli lider Heydər Əliyevin Ordubada sevgisi — bir cümlədə bir şəhərin qiyməti.
Ümummilli lider Heydər Əliyev Ordubadı "Azərbaycanın incisi" adlandırırdı. Bu ifadə təsadüfi deyildi: Hər səfərində Ordubada ayrıca vaxt ayırır, şəhərin qədim məhəllələrini, çinar meydanlarını, bağlarını gəzir, əhali ilə görüşürdü.
Onun Ordubada münasibəti yalnız sevgi deyil, qayğı idi: şəhərin tarixi-memarlıq qoruğu statusunun möhkəmləndirilməsi, Ordubad bağçılığının qorunması, əsrlik kəhrizlərin bərpası — bu istiqamətlərin hər birində onun imzası var. Ordubad limonu, əriyi və qaxı ilə bağlı ənənəvi təsərrüfatın yaşaması da həmin dövrün qayğısı ilə bağlıdır.
Ordubad Bazar bu sözü şüar kimi yox, məsuliyyət kimi qəbul edir. İnci qorunmalıdır — biz onu sandıqlara yığıb dünyaya göstəririk.
Korporativ hədiyyə dəstləri