Ordubadda neçə növ ərik var?
Ağ ərik, Şalax, Badamı, Novrəstə… — bir şəhərin ərik xəritəsi və qax ənənəsi.
Ordubad Azərbaycanın ərik paytaxtıdır. Yerli bağbanlar 20-dən artıq ərik növünü fərqləndirir: erkən yetişən Novrəstə, şirin və iri Şalax, ləpəsi badam dadlı Badamı, açıq rəngli Ağ ərik, qax üçün ən yaxşı sayılan Xosrovşahı və Təbərzə. Hər növün öz vaxtı, öz istifadəsi var — biri təzə yeyilir, biri mürəbbəyə, biri qaxa gedir.
Qax — Ordubadın min illik konservləşdirmə üsuludur. Ərik ikiyə bölünür, çəyirdəyi çıxarılır, dam üstündə, kölgəli tərəfdə, yalnız küləklə qurudulur; günəş altında qurudulan qax rəngini və dadını itirir. Yaxşı qax əl ilə sıxıldıqda yumşaq qalır, açıq kəhrəba rəngində olur.
Ordubadın bir də özünəməxsus ənənəsi var: çəyirdəyin yerinə ləpə qoyulan "ləpəli qax". Sandıqlarımızda ərik qaxı məhz bu qaydada — mövsümündə, dam üstündə, küləklə qurudulmuş halda yer alır.
Korporativ hədiyyə dəstləri