Qeysəriyyə — örtülü bazarın yaddaşı
İpək Yolu karvanlarının dayanacağı, Ordubad ticarətinin qəlbi — brendimizin ilham qaynağı olan tarixi məkan.
Ordubadın mərkəzində, çinarların altında dayanan Qeysəriyyə XVII əsrdən qalan örtülü bazar binasıdır. Səkkizguşəli günbəzi, kərpic tağları və mərkəzi hovuzu ilə bu tikili İpək Yolu karvanlarının dayanacağı, şəhər ticarətinin qəlbi olub. Adı Roma imperatorlarının "qeysər" titulundan gəlir — Şərq bazarlarında ən mötəbər ticarət məkanına verilən ad.
Burada ipək və ədviyyat qədər, Ordubadın öz bəhrəsi də alınıb-satılırdı: ərik qaxı, kişmiş, cəviz, gülab və mürəbbələr. Tacirlər Təbrizdən, Tiflisdən, İstanbuldan gəlir, Ordubad bağlarının məhsulunu öz şəhərlərinə aparırdılar.
Ordubad Bazar adı və monoqramımızın həndəsəsi məhz Qeysəriyyənin günbəz planından ilham alır. Biz həmin bazarın davamıyıq — fərqi odur ki, bu gün karvanın yerini sandıq tutur, bazarın yerini isə sizin süfrəniz.
Korporativ hədiyyə dəstləri