Sərşəhər, Şahnişin, Zərnigar — adlarımızın mənası
Kolleksiyanın böyük üç sandığı şəhərin, evin və sənətin ən hörmətli yerlərindən ad alıb.
Sərşəhər — "şəhərin başı" — Ordubadın yuxarı məhəlləsi, karvan yolunun şəhərə girdiyi yerdir. Bazar günü ilk alver burada başlayar, şəhərin xəbəri buradan yayılardı. On iki bölməli Sərşəhər sandığı şəhərin dad xəritəsidir: hər bölmə bir məhəllə.
Şahnişin — ənənəvi Azərbaycan evinin küçəyə çıxıntılı, üç tərəfi pəncərəli, işıqlı otağıdır; sözün mənası "şahın oturduğu yer". Ən əziz qonaq bura dəvət olunar, ən yaxşı süfrə burada açılardı. Ordubadın qədim evlərində şahnişin bu gün də qalır. On beş bölməli Şahnişin sandığı süfrənin şahnişinidir.
Zərnigar — "zər" qızıl, "nigar" naxış — qızıl suyu ilə bəzədilmiş əlyazma səhifələrinə deyilirdi. Miniatür sənətində zərnigar səhifələr yalnız saray kitabxanaları üçün hazırlanar, ustanın adı sonuna yazılardı. İldə əlli nüsxə, nömrəli pasport, usta imzası — Zərnigar sandığı həmin ənənənin taxtada davamıdır.
Sərşəhər