Yeni il korporativ hədiyyələri: taxta sandıqda təbiətin dadı
Əməkdaşlar və tərəfdaşlar üçün yadda qalan hədiyyə: təbii mürəbbə, çərəz və şirniyyat — taxta sandıqda.
Yeni il yaxınlaşdıqca korporativ hədiyyə seçimi həm əməkdaşlar, həm də müştərilər üçün xüsusi önəm qazanır. Hədiyyənin təkcə diqqətli deyil, həm də keyfiyyətli, təbii və dadlı olması istənilir.
Ordubad Bazar sandıqlarında ənənəvi üsulla hazırlanan mürəbbələr, seçmə çərəzlər və imza şirniyyatları bir qapaq altında toplanır. Hər məhsul Ordubad bağlarının öz dadını daşıyır.
Sandıqlar taxtadandır və hədiyyə bitəndən sonra da evdə qalır — təkrar istifadə olunan, estetik bir əşya kimi. Qapağa şirkət loqosu və ya ad lazerlə həkk oluna, lent və kart brend rənglərinə uyğun seçilə bilər.
Soyuq qış günlərində şirin və təbii dadlarla dolu sandıq iş münasibətlərini daha səmimi edir: alan tərəf hədiyyənin diqqət və qayğı ilə seçildiyini hiss edir.
Kolleksiyada altı sandıq var — Nübardan Zərnigara qədər. Korporativ sifarişdə minimum say qutuya görədir: Şahnişin və Zərnigar 1, Mücrü və Sərşəhər 2, Nübar və Çillə 5 ədəddən; qutu seçimi, fərdiləşdirmə və ünvanlara paylama fərdi menecerlə razılaşdırılır. Müraciət üçün aşağıdakı formadan istifadə edin.
Korporativ hədiyyə dəstləri