Nübar
Nübar satılmaz, paylanar — bağbanın qonşuya apardığı ilk boşqab.
Nübar — «nou» (yeni) və «bar» (bəhrə) sözlərindən: mövsümün ilk yetişən meyvəsi. Ordubadda ilk bəhrəni dadmaq yox, pay vermək şərəf sayılır. «Nübar olsun» — bu gün də ilk dəfə bir iş görənə deyilən xeyir-duadır.
Mayın son həftəsində Ordubadın yuxarı bağlarında səhərlər hələ sərindir, amma tut ağacları ağarmağa başlayıb. Bağban nənəsindən öyrəndiyi kimi ağacın altına ağ örtük sərir, budağı əllə yox, uzun çubuqla yavaşca silkələyir. Yetişən nə varsa özü düşür. Yerə dəyən tut isə nübar sayılmır — nübar yalnız örtüyə düşəndir.
Həmin səhər evə gətirilən ilk boşqab heç vaxt satılmır. Bir pay evin ağsaqqalına gedir, bir pay qapı qonşusuna, bir pay da o gün yoldan keçən qonağa. Qapı döyüləndə yalnız iki söz deyilir: «Nübar gətirmişəm». Dadan adam gözünü yumub niyyət tutur, sonra «ilin bəhrəsi bol olsun» deyir.
Nübar sandığı həmin boşqabın davamıdır. İçindəki hər şey bağın ilk sözüdür: təzə, sadə, səmimi. Bu qutu bahalı görünmək üçün deyil, birinci olmaq üçündür — ilk görüşün, ilk iş gününün, ilk müqavilənin hədiyyəsi.
22×22×8 sm · 4 BÖLMƏ · 4 yer çərəz və imza şirniyyatı — Ordubad cəviz ləpəsi, fındıq, badam, moviz, ərik, xirnik və tut qurusu, alana, sucuq arasından seçim
400 ₼
Sifariş · Korporativ hədiyyə dəstləri
Çillə · Mücrü · Sərşəhər · Şahnişin · Zərnigar · Xarıbülbül · Süfrə