Yandex Ordubad Bazar
Menu
Səbət

Ordubad sumağı

Ordubad sumağı
Ordubad sumağı
Ordubad sumağı
Ordubad sumağı
Ordubad sumağı
Ordubad sumağı

Sumaq Azərbaycan mətbəxində xüsusi yer tutur. Turşluğu və büzüşdürücülüyü ilə ət və balıq yeməklərinə, salatlara əlavə dad qatır. Mütəxəssislərin fikrincə, sumaq şəkər, üzvi turşular, C vitamini ilə zəngindir. Onun tərkibində üzüm turşusu olduğundan dadı çox turş olur. Texniki və tibbi məqsədlər üçün bitkinin yarpaqları və meyvələrindən istifadə edilir. Sumağı həm də xalq təbabətində çay kimi dəmləyib ishala və dizenteriyaya qarşı işlədirlər. Elmi təbabətdə isə onun duru ekstraktını hipertoniya, eləcə də şəkər xəstələri qəbul edirlər. Sumaq həzmi asanlaşdırır, iştahanı artırır, boğaz xəstəliklərinə qarşı faydalıdır, temperaturu aşağı salır, susuzluğu aradan qaldırır, diş xəstəliklərinə və zəhərlənmələrə qarşı təsirlidir. Arıqlamaq istəyənlər bu ədviyyatı qidalarına əlavə etsələr, faydasını görərlər. Tibb və boya sənayesi sahələrində də istifadə edilən sumaq, həmçinin doşab, çay və digər içkilərin istehsalında istifadə olunur.

Sumaq qırmızı rəngli, turş dada malik meyvədir. Dadının turş olması tərkibində üzüm turşusunun olmasına görədir. Sumağın meyvələri qurudulduqdan sonra üyüdülüb mətbəxlərdə ədviyyat kimi istifadə olunur. Əsasən, yağlı xəmir xörəklərin, qızardılmış ət, kabab, balıq yeməklərinin yanında süfrəyə verilir. Sumaq həzm sistemi pozuntularından əziyyət çəkən adamlara məsləhət görülür. Mütəxəssislərin yazdığına görə sumaq artritdən əziyyət çəkən insanlar üçün çox faydalıdır-iltahabı və ağrıları azaldır, oynaqların hərəkətliliyinin yaxşılaşmasına kömək edir. Sumaq xalq təbabətində revmatizm və podaqra zamanı da müalicəvi vasitə kimi istifadə olunur. Soyuqdəymə zamanı iltihab əleyhinə və hərarəti salmaq üçün yarı çay qaşığı sumaq bir fincan isti suda dəmlənir, bir qədər soyuyanda bal əlavə edilir və içilir. Sumaq ürək-damar sistemi xəstəliklərinin və insultun profilaktikasında əlverişlidir, xərçəng əleyhinə təsiri var. Sumaq sidik ifrazı sistemi iltihabları zamanı çox faydalıdır. Sumaq piylərin parçalanmasını sürətləndirir, onların orqanizmdə yığılmasının qarşısını alır. Şəkərli diabetdə bir çay qaşığı sumaq meyvəsi (bütöv halda), bir stəkan qaynar suda dəmlənir.

Bir saat yer dəmi alandan sonra gündə 3-4 dəfə 1-2 xörək qaşığı içilir. Ağız boşluğu, damaq iltihabları, damaqların qanaması zamanı sumağı isti suda dəmləyib, qarqara etmək lazımdır. İshal zamanı isə sumaq dəmlənməsi bağırsaqlara antiseptik təsir edir, mikrobları öldürür, bağırsaqları yığır. Sumaq orqanizmi toksinlərdən, şlaklardan, ağır metalların duzlarından təmizləyir. Sumaq kəskin və xroniki qastiritlər, mədə şirəsinin turşuluğu çox olan mədə xorası xəstəliklərində əks təsir edir. Maraqlıdır bu qədər qiymətli ədviyyat və dərman bitkisi olan sumaqdan mətbəximizdə çox az istifadə edir, (tək-tək istisnalar olmaqla) əkib-becərmirik. Bəlkə də Naxçıvanda sumaq məhsul vermir? 1727-ci ildə tərtib edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri” tədqiqatçılar üçün bir çox sahələrin araşdırılmasında dəyərli mənbədir. Elə sumaq haqqında da burada dəyərli məlumatlar vardır. Əksər yaşayış məntəqələrindən sumaq vergisi alınması dəftərdə öz əksini tapıb. Bəzi tədqiqatlarçılar həmin dövrdə sumağın Naxçıvanda təbii halda bitdiyini, sadəcə toplayan adamlardan vergi alındığını söyləsə də, araşdırmalar göstərir ki, sumaq əkilib-becərilib.Qeyd edək ki, nəsli kəsilmək təhlükəsindən xilas edilmək məqsədilə sumaq bitkisi “Qırmızı kitab”a salınaraq mühafizə olunur. Süfrələrimizi bəzəyən, yeməklərimizə dad və rəng qatan sumaq tək ədviyyat deyil, həm də təbii dərmandır.

  • Məhsul kodu: BZRE003
0.00₼

Mövcud seçimlər