DÖVLƏT BAYRAMLARI · PROTOKOL

Dövlət bayramlarında korporativ və protokol hədiyyəsi

Zəfər Günü, 28 May və digər dövlət bayramlarında — qurumun adından, irs dilində hədiyyə. Qoz ağacından sandıq, qapaqda qurumun loqosu.

ZƏNG EDİN · +994 50 800 69 69WHATSAPPTƏKLİF ALIN

Sifariş verməsəniz də zəng edin — karvanbaşı sandıq, say və büdcə seçimində kömək edəcək. Korporativ sorğuya iş saatı ərzində 2 saat içində zəng edirik.

Nə daxildir

Sandıq dizaynı şirkətinizin brend kitabına uyğun fərdi tərtib edilir.

I. NAXIŞ VƏ MÖHÜR

Qapaqda şirkət loqosu lazer həkki, brend rənglərinə uyğun lent və kart. Qapaq maketi 1 iş günündə təsdiqə göndərilir.

II. İLLİK RUZNAMƏ

Novruz, Ramazan, Qurban, dövlət bayramları və Yeni il — bir müqavilə, bütün il.

III. ÜNVANLARA PAYLAMA

Siyahını verirsiniz — hər qutu ad kartı ilə öz ünvanına çatdırılır.

IV. FƏRDİ KARVANBAŞI

Hər korporativ sifarişə — seçimdən təhvilə qədər bir əlaqə nöqtəsi.

Korporativ hədiyyə sandıqları

Nübar — korporativ hədiyyə sandığıNübar4 bölməÇillə — korporativ hədiyyə sandığıÇillə6 bölməMücrü — korporativ hədiyyə sandığıMücrü8 bölməSərşəhər — korporativ hədiyyə sandığıSərşəhər12 bölmə · 10 + 2 · tək qat
SandıqÖlçüBölməKorporativ minimum
Nübar22×22×8 sm4 bölmə5 ədəddən
Çillə30×22×10 sm6 bölmə5 ədəddən
Mücrü36×28×12 sm8 bölmə2 ədəddən
Sərşəhər40×30×12 sm12 bölmə · 10 + 2 · tək qat2 ədəddən
Şahnişin46×36×12 sm15 bölmə · tək qat1 ədəddən
Zərnigar · ildə 50 nüsxə52×42×16 sm12 yer · 4 mürəbbə/çay + 81 ədəddən
Xarıbülbül30×40×8 sm10 bölmə · 8 + 22 ədəddən
Süfrə21×21×6 · 31×31×7 sm6 · 9 bölmə5 ədəddən

Qiymət say və şirkətinizə görə fərdi təklif kimi hazırlanır — karvanbaşı iş saatı ərzində 2 saat içində zəng edib təklifi göndərir. Tərkib, qapaq dizaynı və say müqavilənin Əlavə No 1-ində göstərilir.

Protokol hədiyyəsi

Dövlət bayramlarında hədiyyə təkcə təbrik deyil, həm də qurumun dilidir: nə verdiyiniz, kimə necə verdiyiniz. Xarıbülbül sandığı məhz dövlət və korporativ protokol, xarici qonaqlar və nümayəndə heyətləri üçün hazırlanıb — qapaqda xarıbülbül emblemi 24 əyar qızıl vərəqlə işlənir.

Rəhbərlik və VIP qonaqlar üçün Şahnişin, xüsusi jest üçün ildə 50 nüsxə buraxılan Zərnigar sandığı seçilə bilər. Qurumun loqosu qapaqda lazer həkki ilə yazılır.

Bir müqavilə ilə ilin bütün bayramlarını əhatə etmək olar; hər bayram üçün tərkib və kart ayrıca hazırlanır.

Digər bayramlar

Bir müqavilə ilə bütün ilin bayramlarını əhatə etmək olar: Novruz, 8 Mart, Ramazan və Qurban bayramları, dövlət bayramları və Yeni il. Hər bayram üçün tərkib və kart ayrıca hazırlanır.

Bayramlar üzrə: Korporativ Yeni il hədiyyələri · Novruz üçün korporativ hədiyyə · Ramazan və Qurban bayramına korporativ hədiyyə · 8 Mart üçün korporativ hədiyyə

Oxuyun: Zəfər, Müstəqillik, Qurtuluş — dövlət bayramlarında hədiyyə dili

Necə sifariş olunur

  1. Zəng edin, WhatsApp-a yazın və ya aşağıdakı formanı doldurun — sandığı və sayı birlikdə seçirik, karvanbaşı say və şirkətinizə görə fərdi təklif göndərir.
  2. Qapaq maketi 1 iş günündə təsdiqə göndərilir.
  3. Müqavilə və onun Əlavə No 1-i imzalanır (SMS kodu, ASAN İmza və ya kağız üzərində), avans təklifdəki şərtlə ödənilir.
  4. İstehsal maketin təsdiqindən və avansın daxil olmasından sonra başlayır.
  5. Sandıqlar siyahı üzrə ünvanlara çatdırılır, təhvil-təslim aktı tərtib olunur, qalan ödəniş aktdan sonra aparılır.

Onlayn sifariş də mümkündür: korporativ sifariş forması — rekvizitlər, loqo və ünvan siyahısı ilə.

Təklif alın

4 sahəni doldurun — karvanbaşı iş saatı ərzində 2 saat içində zəng edəcək.

Göndərməklə məxfilik siyasəti ilə tanış olduğunuzu təsdiqləyirsiniz.

Tez-tez verilən suallar

Ən azı neçə sandıq sifariş etmək olar?

Minimum say sandığa görədir: Nübar, Çillə və Süfrə — 5 ədəddən, Mücrü, Sərşəhər və Xarıbülbül — 2 ədəddən, Şahnişin və Zərnigar — 1 ədəddən.

Şirkətin loqosu necə tətbiq olunur?

Qapaqda şirkət loqosu lazer həkki ilə yazılır, lent və kart brend rənglərinə uyğun seçilir. Qapaq maketi 1 iş günündə təsdiqə göndərilir.

Xarıbülbül sandığı kimə uyğundur?

Xarıbülbül dövlət və korporativ protokol, xarici qonaqlar və nümayəndə heyətləri üçündür — Zəfər Günü, 28 May və Novruz kimi tarixlərdə. Qapaqda xarıbülbül emblemi 24 əyar qızıl vərəqlə işlənir.

Hədiyyələri əməkdaşların ünvanlarına çatdırırsınız?

Bəli. Siyahını verirsiniz — hər qutu ad kartı ilə öz ünvanına çatdırılır. Çatdırılma Bakı daxilindədir, şərtləri fərdi təklifdə göstərilir. Korporativ sifarişdə ümumi təhvil-təslim aktı tərtib olunur.

Qiymət və ödəniş necə müəyyən olunur?

Qiymət say və şirkətinizə görə fərdi təklif kimi hazırlanır, ödəniş şərtləri də təklifdə göstərilir. Təklif razılaşdırılandan sonra sifariş müqavilə ilə rəsmiləşdirilir: hesab-faktura verilir, müqavilə SMS kodu, ASAN İmza və ya kağız üzərində imzalanır.

Fərdi hədiyyə axtarırsınız? Bütün sandıqlar · Hekayət · Çatdırılma