Kəklikotu dodaqçiçəklilər fəsiləsindən olan bitki cinsidir. Hündürlüyü 20-35 santimetrə çatır və 400-ə yaxın növü var. Kəklikotu Qərbi və Şərqi Avropada daha çox bitir. Buna baxmayaraq bu bitki vətənimizin dağlıq və dağətəyi rayonlarında da kifayət qədər yetişir. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar.
Bu şəfalı bitki növünün bəziləri müxtəlif meyvələrin, çiçəklərin dadını, ətrini verir. Qızılgül, limon ətri verən kəklikotu bu gün də ən sevimli ədviyyat kimi Ordubad mətbəxində özünəməxsus yer tutur. Bu növ kəklikotu, demək olar ki, ancaq muxtar respublikanın bəzi bölgələrində mövcuddur və əhali tərəfindən dəmləməsindən geniş istifadə edilir. Bunlardan biri də Ordubad rayonunun ərazisində bitən, qızılgül və limon ətri verən kəklikotudur.
Kəklikotu yeməklərə ləzzət vermək məqsədiylə də az istifadə olunmur. Kölgədə qurudub efir yağı əldə edirlər. Əsas təsiredici maddəsi 0,5-1% miqdarında efir yağıdır. Efir yağı 10-80%-ə qədər timol, karvakrol, borneol və terpinen adlı ətirli maddələrdən ibarətdir. Bundan əlavə, bu bitkinin tərkibində peyvənd maddəsi, kamedlər, flavanoidlər, ursol və olenaol turşuları da var.
Bu bitkinin ən geniş istifadə olunduğu sahələrdən biri də təbabətdir. Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bundan başqa bəlğəmgətirici və antiseptik vasitə kimi laringitdə, traxeitdə, bronxitdə, göyöskürəkdə və bronxopnevmoniyada, eləcə də mədə turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində qəbul edilir.
Kəklikotu çiçəyinin 9 q-nın sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul еdirlər.
Kəklikotu həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək еdir, qusma və kolitə qarşı xеyirlidir.
Bundan başqa, kəklikotu və baldan hazırlanmış məlhəm zəhərli cücülərin dişlədiyi yеrin üzərinə qoyulur.
Kəklikotunun əncirlə həlimini astma və öskürəkdə içirlər.
Kəklikotu Sakitləşdirici təsirə malikdir. İmmuniteti artırır, soyuqdəyməyə və ağciyər xəstəliklərinə qarşı, revmatizm, spazma, zökəm və qripin müalicəsində yararlıdır.
Həmçinin diş ağrısını və öskürəyi kəsir. Damaqları möhkəmləndirir. Xolesterolun miqdarını nizamlayır. Aritmiya ehtimalını azaldır. Qan dövranını nizamlayır. Yuxusuzluğu, qanazlığını aradan qaldırır. Yüksək təzyiqin dərmanıdır. Şəkər xəstəliyinə qarşıda faydalıdır.
Kəkotu Bədəndə sərbəst radikalları bloklamaq xüsusiyyətinə malikdir və orqanizmə zərər verən bakteriya və mikroblar ilə mübarizə aparır. O, həmçinin rahat həzmi təmin edir. Qida borusu və mədədəki toksinləri təmizləyə bilən bu bitki buna qarşı da istehlak edilməsi mütəxəssislər tərəfindən tövsiyə edilir.
Həmçinin ağız qoxusunu aradan qaldıran vasitə kimi də istifadəsi məsləhətdir.
Kristal və daş əmələ gəlməsinin qarşısını alan kəklikotu böyrəklərdəki zərərli bakteriyaları azaldır. Sidik yollarını yaxşılaşdırır. Dərini dərindən təmizləyə bilir. Orada olan zərərli bakteriyaları məhv edir, ləkələri yox edərək dəriyə parlaqlıq verir. Əzələlərdə gərginlik və sıxılmaya qarşı da faydalı olan kəklikotu yağı idmançılar üçün ideal seçim ola bilər. Tərkibində kalsium olduğuna görə sümüklərin inkişafına töhfə verir. Orqanizmdə ödem və iltihabın qarşısını alır.
Kəklikotu çay şəklində və ya yeməklərdə istehlak edildikdə beyinə ikitərəfli fayda verir. Birincisi, onun inkişafına kömək edir. İkincisi, beyində xoşbəxtlik hormonlarının ifrazına səbəb olur.
Onun əhəmiyyətli faydalarından biri də saç tökülməsinə qarşı müsbət təsirinin olmasıdır. Saç köklərindəki hüceyrələri gücləndirməyə kömək edən kəklikotu tökülməni minimuma endirir. Bitkinin yağının duşdan əvvəl saça çəkilməsi olduqca faydalıdır. Saçları vitamin və minerallar baxımından qidalandırır. Mütəxəssislərin onun istehlakını tövsiyə etməsinin ən böyük səbəblərindən biri də bitkinin stresə qarşı müsbət təsiridir. Kəklikotu rahatlaşdırıcı olduğu üçün insanda stresin formalaşmasını ləngidir. Bədəni başdan-ayağa rahatlaşdıran təsirə malikdir.
Azərbaycanda kəklikotundan dəmlənmiş çay da məşhurdur. İnsanlar bu cür çay qarışığını ləzzətlə içirlər.
Kəklikotundan kulinariyada (xüsusilə konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində də geniş istifadə olunur.
! Hamilə qadınlar və ürək fəaliyyətinin dekompensasiyası, kəskin böyrək və qaraciyər xəstəliklərində kəklikotunun qəbulu məsləhət deyil.
Kəklikotu və başqa faydalı bitkiləri Ordubad Bazar-dan sifariş edə bilərsiniz.
1 Rəylər
Məlumatlar maariflənmək üçün faydalıdır. Təşəkkür edirəm.
Çox maraqlı öyrədici məlumatdır.
Şərh yaz