Yandex Ordubad Bazar
Menu
Səbət

Naxçıvan qovurması (Dana)

Naxçıvan qovurması (Dana)
Naxçıvan qovurması (Dana)

Qovurma Naxçıvan mətbəxinə məxsus nəfis yemək növüdür

        Qovurma Azərbaycan mətbəxinin ən dadlı yeməklərindəndir. Onu hər kəs, xüsusən evin balacaları daha çox xoşlayırlar. Naxçıvanda qovurma ilə hazırlanmış qış xörəkləri bişiriləndə hamının, hətta başqa vaxt yeməyə dığal olan uşaqların da iştahası artır.

        Qovurmanın dadını təkcə Naxçıvanın yerli sakinləri deyil, buraya gələn qonaqlar da yaxşı bilirlər. Naxçıvana gələn turistlər daddıqları milli yeməklərimiz arasında qovurmaya xüsusi maraq göstərirlər. Bu, xüsusilə payız və qış aylarında şəhərimizdəki restoranlarda ən çox sifariş olunan yeməklərdəndir. Elə kəndlərimizdə də evə qəfil qonaq gələndə qovurma küpü evdar xanımların ümid yeridir.
        Naxçıvan qovurması, adətən, iki-üçyaşlı qoç, təkə yaxud erkək dana ətindən hazırlanır. 

        Əvvəlcə ət doğranılır, yuyulur, ocağa iri qazan qoyulur. Bəzən ət bişirilərkən su əlavə edilir, bəzən də ət öz suyunda bişirilir. Suda bişən ətə duz çox az miqdarda vurulur. Ətin suyuna işgənə (Bozbaş) deyilir. Ət qovurmaq üçün hazır olanda qazan ocaqdan götürülür. Tikələr aşsüzən vasitəsilə qazandan çıxarılır və iri qaba yığılır. Suyu qonşulara paylanır. İşgənəyə (Bozbaş) çörək doğrayaraq yemək əsl ləzzətdir. 

 İşin qovurmaq mərhələsində əvvəlcə iri tavaya yağ tökülür. Qovurmanın keyfiyyətli və uzunömürlü  olması  üçün ona yalnız kəsilən heyvanın quyruq, yaxud iç yağı vurulmalıdır. Düzdür, bəzən zövqə görə kərə yağı da istifadə edilir. Amma, kərə yağı heyvanın öz yağının əvəzini vermir. El arasında işlədilən “öz yağı özünü basır” məsəli buradan yaranıb. 
      Ət tikələri yaxşıca duzlanır və yağda qovrulur. Qovurma yaxşı duzlanmasa və qızardılmasa kiflənə bilər. Hazır qovurma küplərə yığılır, öz qızardıldığı yağdan üstünə çıxana qədər tökülür. Ən az 40 gün sərin və quru yerdə saxlanılmalıdır. Yalnız bundan sonra istifadə edilməlidir. 

  • Məhsul kodu: BZRQ001
0.00₼

Mövcud seçimlər