Yandex Ordubad Bazar
Menu
Səbət

Ordubad Cəvizi (qabıqlı)

Ordubad Cəvizi (qabıqlı)
Ordubad Cəvizi (qabıqlı)
Tərkibindəki yod miqdarı ilə digərlərindən seçilən eksklüziv Ordubad Cəvizi.


Rayonumuz öz dadlı meyvələri ilə məşhurdur. Belə meyvələrdən biri də cəvizdir. 

         Cəvizin müalicəvi əhəmiyyəti də insanlara hələ qədim zamanlardan məlum olmuşdur. Cəvizin ləpəsindən başqa, oduncağından, qabığından və yarpağından da istifadə edilir. İnsan beyninin kiçik formasını xatırladan cəviz vitamin və proteinlərlə zəngindir. Gündə 3-5 ədəd cəviz yemək məsləhətdir. Cəviz qandakı xloresterinin səviyyəsini azaldır, ürək döyüntüsün tənzimləyir.

         Onun tərkibindəki maddələr insan orqanizmini süd vəzi və prostat xərçəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini sabitləşdirir, ürək xəstəlikləri riskini azaldır. Həmçinin tərkibindəki Omeqa-3 və Omeqa-6 yağ turşuları beyinin inkişafına müsbət təsir göstərir. Bədənə enerji verir, zərərli maddələri orqanizmdən kənarlaşdırmağa kömək edir və qanda şəkərin miqdarını azaldır.

         Cəvizin ləpəsindəki yağ əsəbi sakitləşdirir, eyni zamanda dəridə olan ləkələri yox edir. Bunun üçün dərini yağla ovxalamaq kifayətdir.  Cəviz saçların tökülməsinin də qarşısını alır.

         Cəviz ləpəsi qan laxtalanmasını və damar sərtliyini aradan qaldırır, təzyiqi salır, şəkər xəstəliklərində riski azaldır.

  • Məhsul kodu: BZRC009
0.00₼

Mövcud seçimlər