Dadına görə digər ərik növlərindən seçilən eksklüziv Ordubad Peyvəs əriyi qurusu.
Rayonumuz öz dadlı meyvələri ilə məşhurdur. Belə meyvələrdən biri də Ərikdir.
Ərik ağacları, adətən, toxum və calaqla (peyvəslə) artırılır. Payızda, əsasən də noyabr ayında toxumlar əkilir, ağac bir metr boy atdıqdan sonra ona calaq vurulur. Calaq vasitəsilə bir çox meyvələrin vahid sortlarını qorumaq mümkündür. Toxumla əkilən əriklərin özləri də müxtəlif sortlarda olur. Əriyi, əsasən, ərik, şaftalı, rütubətli və gilli torpaqlarda alça, quru torpaqlarda badam və gavalı ilə calaq edirlər. Calağı, əsasən, avqust ayında vururlar, lakin peşəkar bağbanlar fevral, mart, aprel ayları da vura bilirlər.
Ərik qurusunun insan orqanizminə çoxlu faydaları vardır. Ərik qurusunun ürəyə, qanın tərkibinə, bağırsaqların normal fəaliyyətinə, hamilə qadınlara hədsiz faydaları var. Ərik qurusu ərik meyvəsindən daha da faydalıdır. Ərik qurusunun faydası onun tərkibində yüksək miqdarda insana lazım olan mikroelementlərin və vitaminlərin mövcudluğu ilə izah olunur.
- Məhsul kodu: BZRC002