Yandex Ordubad Bazar
Menu
Səbət

Ordubad Ərik qaxı

Ordubad Ərik qaxı
Ordubad Ərik qaxı
Ordubadın xüsusi ləzzəti, şirinliyi, rəngi, qırmızı yanaqları və ətri ilə fərqlənən əriyi qaxı


Bağlar diyarı kimi tanınan Ordubad rayonu isə öz meyvələri ilə xüsusilə seçilir. Bu meyvələrdən biri də Ərikdir.

      Ordubadın torpağı əzəldən münbit olduğundan meyvələri də dadlı-ləzzətli olur. Vaxtilə Ordubadda 40 növdə ərik yetişdirilib.Ordubadda qədimdən becərilən ən məşhur ərik növləri  Əbutalibi, kababı, limonnu, balyarım, qırmızı təbərzə, ağ təbərzə, növrəstə, ağ, göy, Haqverdi, şalax, hampa, ağcanabad, badamı, xosrovşahı, toxumşəmsi, qırmızıyanaq və sairdir.

       Ərik qurusunun insan orqanizminə çoxlu faydaları vardır. Ərik qurusunun ürəyə, qanın tərkibinə, bağırsaqların normal fəaliyyətinə, hamilə qadınlara hədsiz faydaları var. Ərik qurusu ərik meyvəsindən daha da faydalıdır. Ərik qurusunun faydası onun tərkibində yüksək miqdarda insana lazım olan mikroelementlərin və vitaminlərin mövcudluğu ilə izah olunur.


  • Məhsul kodu: BZRC003
0.00₼

Mövcud seçimlər