Çaşır otu Azərbaycanda əsasən Naxçıvanda geniş yayılıb. Hər il yaz mövsümündə dağları, yamacları bəzəyən çaşır çoxillik ot bitkisidir. Əsasən may-iyun aylarında yığılan bitki kserofitdir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə bitir.
Çaşırın Bir çox faydaları var. Müalicə məqsədi ilə çaşırın köklərindən istifadə olunur. Belə ki, köklərinin suda dəmləməsi yaxşı qurdqovucudur, immun sistemini gücləndirir, öskürəyin birinci dərmanıdır, tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında da istifadə oluna bilər.
Faydaları saymaqla bitməyən çaşır həmçinin metobalizmanı sürətləndirir, bağırsaqları işlədir. Ən önəmlisi də bitkinin bədənin şəkər metabolizmində mühüm rol oynaması, orqanizmdəki şəkər səviyyəsinin tarazlığını qorunmasıdır.
Ancaq hamilə və süd verən qadınlar çaşırdan istifadə etmələri tövsiyyə olunmur. Bundan başqa, oksalik turşusu olduğu üçün yarpaqları istehlak edilməməlidir, çünki insanı zəhərləyə bilər. 200 qram qurudulmuş çaşır köklərini 1 kq bal ilə qarışdırıb, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeymək də bir çox xəsliklərə qarşı faydalıdır.
Çaşır turşusu dadlı və iştahaçıcı olur. Naxçıvanda bu turşu çox məşhurdur. Yazda bitkinin 10-20 santimlik təzə zoğları suda pörtlədilərək duzlanıb yeyilir.
Çaşır otu xalq təbabətində ən çox istifadə olunanlardandır. Bu bitki ən təbii iştah açıcılardan hesab olunur. Xəstə insanlar əsasən çaşırı qaynadaraq suyundan istifadə edirlər. Həm də mədə-bağırsaq xəstəliklərini də qısa zamanda yox edir. Ən vacibi xüsusiyyəti isə qanda şəkərin miqdarın tənzimlənməsində mühüm rol oynamasıdır. Bekə ki, çaşır bitən ərazilərdə insanlar demək olar ki, bu xəstəliklə üzləşmirlər.
Çaşırın bütün bu faydaları elmi mənbələrdə də öz əksini tapıb. Çaşır həmçinin ləzzətli qida mənbəyi sayılır. Əsasən qaynadılıb duzlanaraq və turşusu qoyularaq yeyilir.
Çaşır turşusu Azərbaycanın ən qədim milli mətbəx nümunələrindən biridir. Çaşır turşusunu əldə etmək üçün Ordubad Bazar-a müraciət edə bilərsiniz. Məhsulu sifariş etmək üçün bura basın
Şərh yaz