11 fev


Ordubad rayonu haqqında ümumi məlumat:
Ümumi ərazisi: 978,99 kv .km
Əhalinin ümumi sayı(*2019): 50 min 300 nəfər
Şəhər: 1
Kəndlərin sayı: 43
Qəsəbələrin sayı: 2
Kənd inzibati ərazi dairələri: 27
İnzibati ərazi dairələri və ərazi vahidləri
Ordubad şəhər İƏD si:
Ordubad ş.
Aşağı Əndəmic kənd iəd:
Aşağı Əndəmic .
Aşağı Əylis kənd iəd:
Aşağı Əylis .
Aza kənd iəd:
Azа
Darkənd
Azadkənd kənd iəd:
Azadkənd .
Biləv kənd iəd:
Biləv .
Behrud .
Bist kənd iəd:
Bist .
Ələhi .
Çənnəb kənd iəd:
Çənnəb .
Dəstə kənd iəd:
Dəstə .
Dırnıs kənd iəd:
Dırnıs .
Anaqut .
Düylün kənd iəd:
Düylün .
Gənzə kənd iəd:
Gənzə .
Anabad k.
Gilançay kənd iəd:
Gilançay .
Xanağa kənd iəd:
Xanağa .
Ağrı .
Dizə .
Xurs kənd iəd:
Xurs .
Nürgüt .
Kələki kənd iəd:
Kələki .
Qoşadizə kənd iəd:
Qoşadizə .
Kələntər Dizə k.
Nəsirvaz kənd iəd:
Nəsirvaz .
Nüsnüs kənd iəd:
Nüsnüs .
Parağa kənd iəd:
Parağa .
Parağaçay qəsəbə iəd:
Parağaçay .
Ağdərə .
Sabirkənd kənd iəd:
Sabirkənd .
Baş Dizə .
Şəhriyar qəsəbə iəd:
Şəhriyar .
Kilit .
Kotam .
Tivi kənd iəd:
Tivi .
Unus kənd iəd:
Unus .
Pəzməri .
Üstüpü kənd iəd:
Üstüpü .
Məzrə .
Vələver kənd iəd:
Vələver .
Başkənd .
Qoruqlar .
Vənənd kənd iəd:
Vənənd .
Yuxarı Əndəmic kənd iəd:
Yuxarı Əndəmic .
Yuxarı Əylis kənd iəd:
Yuxarı Əylis
Ordubadın tarixi:
Ordubad çox qədim tarixə malik, özünün milli-mənəvi dəyərləri ilə seçilən rayondur. Kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşir. Relyefi əsasən dağlıq, az bir hissəsi dağətəyi, 5-6 faizi isə aran ərazidən ibarətdir. Son dərəcə zəngin bitki florası və faunası vardır. Yaşayış məntəqəsi əsasən dağətəyi ərazidə yerləşir. Əkinçilik üçün su ehtiyatına və içməli su mənbələrinə malikdir.
Ordubad rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilərək Culfa rayonunun tərkibinə verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil edilmişdir. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla həmsərhəd olmaqla, qərbdən Culfa rayonu ilə qonşudur. Mərkəzi Ordubad şəhəridir.
Ordubadın salındığı dəqiq tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e. ə VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir. Ordubadın yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur. Bu da Ordubadın 7 min il yaşı olduğunu sübut edir.
XVIII əsrin əvvəllərində Ordubad Səfəvilər imperiyasının tərkibinə daxil idi. 1724-cü ildən Ordubad Osmanlıların, daha sonradan işə Nadir şahın hakimiyyəti altına keçmişdir. XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinləri çoxlu işgəncələrə məruz qalmışlar.
Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX « XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahların marağına səbəb olmuşdur. Rus alimi İ. Şopen, polyak tədqiqatçı A. Petzold, fransız yazıçısı A. Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər.
Ordubad torpağı təkcə əsrarəngiz gözəlliyi ilə deyil, həm də məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri ilə də seçilib fərqlənmişdir. Məşhur astronom alim, riyaziyyatçı, şair, dövlət xadimi, Nəsrəddin Tusi Məhəmməd ibn Həsənin törəmələri hazırda Ordubadda yaşayırlar. Məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri olmuş Hatəm bəy Ordubadi də Tusi nəslinə mənsub olmuşdur. XIX əsrdə Nəcəf şəhərində Ayətullah Məhəmməd Əli Gələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı kitablar bütün şərq aləmində məşhurdur.
Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və. s. Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir.
Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür.
Memarlıq quruluşu və tarixi abidələrinə görə Ordubad 1977-ci ildə qoruq-şəhər elan olunmuşdur.
Tariximizin müxtəlif məqamlarında Ordubad rayonu da başqa ərazilər kimi yadellilərin hücumuna məruz qalmış, ayrı-ayrı dövlətlərin işğalı altında olmuş, lakin bu torpağa məxsus mənəvi dəyərlər itirilməmişdir. Tabeçilik cəhətdən müxtəlif vaxtlarda ayrı-ayrı ərazi bölgüsünə daxil olmasına baxmayaraq rayonun adı dəyişilməmiş, toponiminə xələl gəlməmişdir. Sovetlər birliyinin 30-cu illərində inzibati bölgüdə rayon statusu almış və bu günə qədər öz adını saxlayır. Bu torpağın başqa bir xüsusiyyəti vardır. Adamları emosionaldır. Yeniliyə can atır, dini dəyərləri də möhkəm müdafiə edib nəsildən-nəslə çatdırırlar.
Rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı ekspedisiyalar bu yaşayış məskəninin tarixini, etnoqrafik xüsusiyyətlərini öyrənmək üçün Ordubad şəhərində, Əylis, Unus, Pəzməri, Aza kəndlərində, Xarabagilan ərazisində, Gəmiqaya qədim yaşayış məskənində və digər yerlərdə tədqiqat işləri aparmışlar. Bu tədqiqatlar, arxeoloji axtarışlar bu gün də davam edir. Tədqiqatlar sübut edir ki, Ordubad rayonu zəngin milli dəyərlərə malik olan bir ərazidir. Bu gün də bu rayon özünün yüksək intellektli ziyalıları, zəhmətsevər insanları, dövlətçiliyə sədaqətli əhalisi ilə tanınır. Bu səbəbdəndir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Ordubadı Azərbaycanın incisi adlandırmışdır.
Rayona Ordubad şəhəri, Şəhriyar, Parağaçay, Ağdərə qəsəbələri və Nüsnüs, Yuxarı Əndəmic, Aza, Aşağı Əndəmic, Yuxarı Əylis, Aşağı Əylis, Vənənd, Xanağa, Ağrı, Dizə, Vələver, Qoruqlar, Dəstə, Dırnıs, Çənənəb, Üstüpü, Məzrə, Biləv, Behrud, Qoşadizə, Baş Dizə, Parağa, Gilançay, Tivi, Bist, Nəsirvaz, Ələhi, Xurs, Nürgüt, Düylün, Unus, Kələki, Pəzməri, Gənzə, Kotam, Başkənd, Darkənd, Kələntər Dizə, Kilit, Anaqut, Azadkənd, Sabirkənd, Anabad kəndləri daxildir.
Ərazisinin çox hissəsini Zəngəzur silsiləsinin cənub-qərb yamacı tutur. Cənubda Arazboyu düzənliklər (Ordubad düzü və s.) uzanır. Naxçıvan MR-in ən yüksək nöqtəsi olan Qapıcıq dağı (3904 m) buradadır. Rayonda Tabaşir-Antropogen çöküntüləri geniş yayılmışdır. Faydalı qazıntıları: polimetallar, molibden, mis, tikinti materialları və s. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 10-25°C-dir. İllik yağıntı 300-800 mm-dir. Ən böyük çayları: Vənənd, Ordubad və s. İranla sərhəd boyu Araz çayı axır. Boz, çəmən-boz, allüvial-çəmən, dağ-şabalıdı, qəhvəyi dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır. Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr dağ-kserofit bitkiləri, yüksək dağlıq sahələr subalp və Alp çəmənləri ilə örtülüdür. Bəbir, Cənubi Qafqaz muflonu, qayakeçisi, daşlıq dələsi, boz kəklik, ular və s. var. Ordubad yasaqlığı əsasında akademik Həsən Əliyev adına Milli Park yaradılmışdır (2003).
Ordubad, əsasən, kənd təsərrüfatı rayonudur. Meyvəçilik və maldarlıq mühüm yer tutur.
Rayonda 39 ümumtəhsil məktəbi, peşə məktəbi, 5 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 47 kitabxana, 42 klub müəssisəsi, 3 muzey, məşhur «Gəmiqaya» tarixi abidələr kompleksi, Həsən Əliyev adına Milli Park, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi, «Araz» kinoteatrı, mərkəzi xəstəxana, 4 sahə xəstəxanası, 7 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, 14 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir.
Rayon İcra Hakimiyyətinin orqanı olan «El həyatı» qəzeti 1932-ci ildən nəşr olunur. 1932-ci ildən «Ordubad fəhləsi», 1941-ci ildən «Ordubad işçisi» adı ilə çıxmağa başlamışdır. 1959-cu ildən 1965-ci ilin sonuna kimi fəaliyyət göstərməmişdir. 1966-cı ildən «Yeni Ordubad», 1990-cı ildən isə «El həyatı» adı ilə nəşr olunur.
Rayon ərazisindən keçən dəmir yolunun uzunluğu: I kateqoriya « 45 km, II kateqoriya « 10 km, III kateqoriya « 12 km.
Naxçıvan-Ordubad magistral avtomobil yolunun uzunluğu Culfa rayonundan Ordubad şəhərinədək 25 km-dir.
Rayon ərazisindən kəndlərə gedən avtomobil yolları I kateqoriya üzrə: Ordubad - Nüsnüs-5 km, Ordubad - Gənzə-6 km, Ordubad - Əylis-9 km, Ordubad - Kotam-5 km, Ordubad - Dəstə-11 km, Ordubad - Pəzməri-37 km, Ordubad - Məzrə-33 km, Ordubad - Azadkənd -19 km, Ordubad - Nürgüt-62 km, Ordubad-Parağaçay-54 km, Ordubad - Tivi-50 km.
Kəndarası magistral yollar da tərkibə daxildir. Bundan başqa bir çox kəndlərdə, eləcə də Şəhriyar, Parağaçay, Ağdərə qəsəbələrində II kateqoriyalı keçid yolları vardır ki, bunların uzunluğu birlikdə 240-km-dir. Son illərdə rayon ərazisində avtomobil yollarının abadlığına, yenidən qurulmasına diqqət artırılıb. Biləv, Tivi, Nürgüt, Göy-göl strateji əhəmiyyətə malik avtomobil yolunun istifadəyə verilməsi dağ kəndlərində yaşayan insanlara ən yaxşı hədiyyədir.




Mənbə: Prezident Kitabxanası.
2 Rəylər
Canım Ordubadım
Qədim çinarın altında çay içmişəm. Möhtəşəm yerdir.
Şərh yaz